22 Dekabr 2014 16:03
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüstəm Behrudi: “Məni soruşanda çoxdan öldüyümü söyləmişdilər”

Şair, publisist Rüstəm Behrudi bir neçə gün əvvəl doğum gününü qeyd edən Ramiz Rövşənin təşkil etdiyi məclisdə Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anarla görüşüb. Bu haqda Rüstəm Behrudi özü sosial şəbəkədə məlumat yayıb. O, həmçinin maraqlı fikirləri ilə də diqqəti çəkib: “Anar müəllimlə mənim üçün sonuncu 100-illiyin ən böyük söz, fikir və düşüncə adamlarından biridir. “Qəm pəncərəsi”ndən bu dünyanı necə görürsə, bizə də o cür anlatdı. Bəzək də düzək vurmadan. Mənim üçün Anar müəllimin “Otel otağı” əsəri onun şah əsəridir. XX əsrdə romantizmin süqutu realizmin iç üzünü nə cür ortaya qoyursa, bu əsər də bizim natamamlıq kompleksini, çevrilməmizi o cür ortaya qoyur. Sovetlər dönəmində “Şaman duası”, “Salam dar ağacı”, “Boz qurd” kimi əsərlər yazmış həbslərdə yatmış bəndeyi - həgiriniz haqda Moskvaya və KKB-yə danos yazanların çoxunu sərhəd açılanda Türkiyədə gördüm.

Mən yalan olmuşdum... Məni onlardan soruşanlara, gah Özbəkistanda, gah İranda, gah da Çində doğulduğumu və çoxdan ölduyümü söyləmişdilər”.

Nemət


Müəllif:

Oxşar xəbərlər