23 Dekabr 2014 14:35
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyənin Diyanət İşləri Başqanlığının nümayəndə heyətini qəbul edib.

DQİDK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Diyanət İşləri Başqanlığının Ali Şurasının üzvləri professorlar İlyas Üzüm, Mehmet Keskin, həmçinin, Diyanət İşləri Başqanlığının təqvimlər üzrə astronomu İlham Aşıq Kaya və Türkiyənin ölkəmizdəki səfirliyinin din xidmətləri müşaviri Sadiq Əraslan iştirak ediblər.

Görüşdə M.Qurbanlı Türkiyə-Azərbaycan münasibətlərindən danışaraq bildirib ki, iki qardaş ölkənin əlaqələri tarixi köklərə və ortaq dəyərlərə əsaslanır. Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən din sahəsində əməkdaşlıq yüksək səviyyədə qurulub. M.Qurbanlı bu əlaqələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin, gələcəkdə qarşılıqlı əməkdaşlığın və birgə layihələrin perspektivləri müzakirə edilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər