24 Dekabr 2014 11:40
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bunu Teleqraf.com-a açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Onun sözlərinə görə, sürüşmə zonalarında aktivliyin yaranmasına səbəb olan faktorlardan biri antropogen amillərdir: "Həssas yerlərində iş aparılarkən təbii ki, o reaksiya verir. Sürüşməyə meylli ərazilərdə qazıntı işləri aparan zaman bilməlisən ki, o ərazilər hər an sürüşə bilər. Sürüşmə halları adətən payiz aylarında daha aktiv olur. Dayanıqlığını itirmiş ərazilərdə ilk yağışdan sonra problemlər yaranır ki, bu, yeni problem deyil. Əsasən tikinti və qazıntı işləri aparan şəxslər texnogen və antropogen və ərazi xüsusiyyətlərini nəzərə almalıdır. Tikinti və qazıntı işlərinin 90 faizi bizim nazirliklə məsləhətləşmədən aparılır və nəticədə sürüşmə aktivləşir. Qanunla bu işlər milli geologiya xidmətləri orqanların əməkdaşları ilə razılaşdırmış şəkildə aparılmalıdır. Nəticədə geoloq da razılaşdırmaya rəy verməlidir".

İlhamə


Müəllif:

Oxşar xəbərlər