1 Fevral 2023 09:05
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin dayanmasının səbəbi rəsmi İrəvanın İran, Fransa və bəzi digər dövlətlər tərəfindən verilən əsassız vədlərə inanmasıdır. Məhz bu səbəbdəndir ki, İrəvan faktiki prosesi gecikdirir, sülh danışıqlarının davam etdirilməsinə maraq göstərmir. Beləcə ümid edir ki, geopolitika şərtlər dəyişə, üstünlük əldə edə bilər. Danışıqların dayanmasının yeganə səbəbi budur”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onyun sözlərinə görə, Ermənistan həqiqətən inanır ki, Avropa İttifaqının müşahidəçilərini Azərbaycan və Ermənistan arasında olan şərti sərhədə gətirməklə prosesləri daha beynəlxalq platformalara çıxara bilər:

"Beynlxalq ictimaiyyət tərəfindən Azərbaycana təzyiqlər etməyi təmin etməklə həm şərtləri dəyişə bilər, həm vəziyyəti yumşalda, həm də özünə sərf edən formatda prosesi apara bilər. Digər tərəfdən, Ermənistanın daha dərin istəyi hansısa revanşların həyata keçirilməsinin mümkünlüyüdür. Hesab edirlər ki, şərtlər uyğun gələndə Azərbaycan ərazilərini işğal edə bilərlər. Mənim qənaətimcə, indiki halda Ermənistanın siyasəti buna xidmət edir. Amma əsassız arqumentdir. Daha yaxşısı regionda sülhün əldə edilməsi, Ermənistanın öz sərhədləri çərçivəsində region ölkələri, eləcə də Azərbaycan və Türkiyə ilə açıq iqtisadi əlaqələr qurması olardı. İndiki siyasəti Ermənistanı iflasa aparır”.

Politoloq qeyd edib ki, yaxın dövrdə Azərbaycan və Ermənistan arasında ciddi qarşıdurma gözləmir.

O, buna səbəb kimi bölgədə gərgin durumun olmasını, qlobal miqyasda Ukrayna-Rusiya müharibəsini, İranla bağlı məsələlərin gündəmə gəlməsini göstərir:

“Bütün bunların bölgəyə təsirləri mövcuddur. İnanmıram ki, Azərbaycan və Ermənistan arasında yaxın persperktivdə qarşıdurma olsun. Amma Qarabağda konkret hədəfə yönələn hansısa anti-terror əməliyyatları həyata keçirilə bilər. Amma yaxın gələcəkdə genişmiqyaslı hərbi əməliyyatlar gözlənilmir”.


Müəllif: Nemət

Oxşar xəbərlər