Hər il yanvar ayının əvvəlindən başlayaraq seçkici siyahıları dəqiqləşdirilir. Prosesin birinci mərhələsi dünən – fevralın 5-də başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə MSK-nın sədri Məzahir Pənahov komissiyanın iclası zamanı bildirib.
O qeyd edib ki, bu mərhələdə MSK-nın prosesə müdaxiləsi tələb olunmur: “Dövlət qurumları bilirlər ki, hər ilin əvvəlində seçici siyahıları dəqiqləşdirilməlidir. Hələlik bizə neqativ halla bağlı hər hansı məlumat daxil olmayıb. Növbəti proses birbaşa bizim nəzarətimiz altında olacaq. Bu səbədən ümumiyyətlə hər hansı neqativ hal ola bilməz”.