8 Fevral 2023 13:05
363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Abşeron yarımadasında fevralın 9-da bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 1°-dək isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq. Yollar buz bağlayacaq.


Müəllif: Teleqraf.com