10 Fevral 2023 00:37
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ müharibəsi zamanı 10-12 fevral 1992-ci il tarixləri arasında erməni qeyri-qanuni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən hücum nəticəsində təxminən 50-yə yaxın dinc etnik azərbaycanlı qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, Şuşada əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndləri rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4 000 nəfərə yaxın əhali yaşayırdı. 1988-ci ildə Xocalıya olduğu kimi bu kəndlərə də Ermənistandan zorla çıxarılmış təxmini sayı 1500-ə yaxın köçkün yerləşdirilib. Qarabağ müharibəsi başlanan andan etibarən bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilib.

1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə olub.

Fevralın 5-də kəndlərin üstündə uçan bir helikopter kəndlilərə üzərində yaşayış yerlərini tərk etmək üçün onlara iki gün vaxt verildiyi yazılan bildirişlər atıb. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış helikopterlə mümkün idi. Şuşaya uçan axırıncı helikopter yanvarın 28-də ermənilər tərəfindən vurulub.

Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhərinin düşmən işğalından azad edilməsi üçün təşkil etdiyi hücumlara və yaxınlıqda yerləşən erməni kəndlərinə doğru edilən həmlələrə son qoymaq məqsədilə erməni zirehli daşıyıcıları və ağır artilleriyaları tərəfindən Malıbəyli və Quşçular kəndlərinə hücum edilib.

Fevralın 10-u gecə yarısı rus silahlılarının da yardımı ilə erməni silahlı birləşmələri Malıbəyliyə hücum edib. Kənddəki qadın və uşaqlar Quşçular kəndinə qaçıb. Kənddəki evlər yandırılıb. Ümumilikdə isə hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşub.

Yaxınlıqdakı Şuşa və Xocalı şəhərlərinə gedən yollar kəsildiyindən kəndlərə ən yaxın yaşayış məskəni Ağdam rayonunun Abdal-Gülablı kəndləri idi, lakin bu kəndlərə gedən yol ermənilərin məskunlaşdığı ərazilərdən keçirdi.

Təcavüzkar silahlı birləşmələrin tərkibi Suriya, Livan, ABŞ və Fransadan gəlmiş könüllü ermənilərdən ibarət idi. Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri erməni silahlı birləşmələri tərəfindən ələ keçirilib. Bununla da Şuşa və Xocalı şəhərləri tamamilə blokada altına alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər