Bayram günləri polis gücləndirilmiş iş rejimində işləyəcək.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 2014-cü il dekabrın 31-dən 2015-ci il yanvarın 5-dək daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçəcək. Daxili işlər naziri general-polkovnik Ramil Usubov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı günlərində ictimai asayişin mühafizəsi üzrə əlavə tədbirlərə dair əmr imzalayıb.
Əmrə əsasən, bayram günlərində tədbirlərin keçirildiyi, o cümlədən əhalinin kütləvi istirahət yerlərində və digər ərazilərdə ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı qorunmasının təmin edilməsi məqsədilə 2014-cü il dekabrın 31-dən 2015-ci il yanvarın 5-dək Daxili İşlər Nazirliyinin tabe qurumlarının, ərazi polis orqanlarının, nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş variantına keçiriləcək.
Hüquq qaydasına nəzarətin gücləndirilməsi məqsədilə ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sıxlığı artırılacaq.
Qeyd edək ki, dekabrın 31-dən yanvarın 5-dək Azərbaycanda qeyri-iş günləridir.
Hacı Zeynalov