Bu gün Gəncədən Türkiyəyə zəlzələdən zərərçəkmiş insanlar üçün növbəti yardım karvanı yola salınıb.
Teleqraf.com xəbər verir ki, yardım kampaniyasına Füzuli, Ağsu, Şəmkir və Gəncə şəhəri qatılıb. Türkiyəyə beşinci karvanla əsasən generator, isidici, yorğan, çarpayı, geyim, ərzaq və tibbi ləvazimatlar göndərilib. Ötən həftənin son günlərində Gəncədəki yardım toplama mərkəzindən ümumilikdə 36 tır humanitar yardım göndərilib. Yardımlar şəhər və rayon icra hakimiyyətlərinin və sakinlərinin təşəbbüsü ilə toplanıb.