16 Fevral 2023 21:44
299
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunun Quşencə kəndi ərazisindəki meşə sahəsində vələs ağaclarının kəsilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində həmin ağacların kənd sakini Coşqun Mitəlov tərəfindən kəsildiyi müəyyən edilib və onun izahatı alınıb.

Faktla bağlı şöbənin təhqiqat bölməsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər