Hazırda beynəlxalq vəziyyət qeyri-sabitdir. Bu isə terrorizmin və radikalizmin geniş intişar tapmasına səbəb olur.
Teleqraf.com xəbər verir ki, bunu “Dövlət. Cəmiyyət. Cinayətkarlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Bolqarıstanı təmsil edən “Slavyane” Fondunun sədri, hüquq elmləri doktoru, professor Zaxariya Zaxariyev deyib.
O qeyd edib ki, planetin bütün sülhsevər ölkələrində gərginliyin azaldılması, sülhün və əmin-amanlığın bərpası müzakirə mövzusudur: “Kapitalizm öz tarixi resursunu tamamilə tükədib. COVID-19 pandemiyası isə zaman ötdükcə avtoritarizm pandemiyasına çevrilib, bəzi qüvvələr üçün əsas silah olub”.