“Afterşokların sayı 6 040-a çatıb. 4-5 arası 436, 5-6 maqnitudalar arası afterşokların sayı 40 olub. Bir də 6,6 maqnitudalı təkan olub”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Risk azaltma şöbəsinin rəhbəri Orhan Tatar bildirib.
Onun sözlərinə görə, il ərzində 4 ayda qeydə alınan zəlzələlər sayı son 13 günə sığıb.