“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov Gəncə Şəhər Birləşmiş Xəstəxanasına baş həkim vəzifəsinə təyin edib.
Teleqraf.com xəbər verir ki, sözügedən vəzifə Anar Məmmədova həvalə edilib.
Yeni direktor ixtisasca uroloqdur və sözügedən müəssisədə çalışıb.