İsmayıllı rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin müəyyən edilməsi, onların maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Keçirilən tədbir zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən aşkarlanıb və bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb.
Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.