6 Mart 2023 14:37
289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlunun nəşi doğulduğu Tovuz rayon Hunanlar kəndinə gətirilib.

Teleqraf.com xəbər verir ki, onun nəşi ailəsinə təhvil verilib.

Hazırda ailəsinin yaşadığı evdə şəhidlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və kənd sakinləri iştirak edirlər.

Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi Hunanlar kənd qəbiristanlığında torpağa tapşırılacaq.//Report


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər