7 Mart 2023 12:23
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanda Ombudsman institutu ləğv edilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib.

Fazil Mustafa deyib ki, unitar dövlətdə bir Ombudsman təsisatı olmalıdır: “Ancaq Naxçıvanda ayrı Ombudsman institutu var. Eyni zamanda Qarabağda biri özünü qondarma Ombudsman elan edib. İndiki mərhələdə Naxçıvanda Ombudsman institutu ləğv edilməlidir, bu, unitar dövlət prinsipinə də ziddir. Naxçıvanda hüququ pozulanlar Ombudsman Səbinə Əliyevaya müraciət edə bilmir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər