Ali təhsil müəssisələrinə qəbul sistemində problem var.
Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, bunlardan əsası ixtisas seçimidir:
"Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gəlib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyentlər belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur. Son illərdə tarixçilər hüquqşünas ixtisasına qəbul ola bilməyənlərdir. Bu gün abituriyentlər ixtisas seçimini bazara görə yox özündən əvvəlki abituriyentin seçiminə görə edir".