29 Dekabr 2014 13:33
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin son günləri Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a bildiriblər ki, dekabrın 30-da Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək, əsasən yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə zəif duman gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.

Bakı və Abşeron yarımadasında dekabrın 30-da havanın temperaturu axşam 5-7, gündüz 10-15 dərəcə isti olacaq.

Dekabrın 31-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Əsasən yağmursuz axşam buludluluğun artacağı gözlənilir. Səhər zəif duman olacaq, şimal-qərb küləyi əsəcək, gündüz bir qədər güclənəcək.

Bakı və Abşeron yarımadasında dekabrın 31-də axşam 5-7, gündüz 7-10 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bölgələrində dekabrın 30-da hav əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 8-13 isti olacaq.

Azərbaycanın bölgələrində dekabrın 31-də də hava əsasən yağmursuz olacaq. Gecə və səhər duman, çiskin olacaq. Axşam şimal və şərq rayonlarında yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Qərb küləyi ayrı-ayrı vaxtlarda güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 12-15, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 isti olacaq.

Mövcud hava şəraiti iqlim normasından nisbətən yüksək olsa da, dekabr ayı üçün xarakterikdir.


Müəllif:

Oxşar xəbərlər