25 Mart 2023 10:28
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən ölkəmizdə keçirilən “Çoxmillətli Sülhü Dəstək Əməliyyatları kursu” başa çatıb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi hissənin şəxsi heyətinin, Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun, o cümlədən Britaniya Hərbi Məsləhətçi Təlim Qrupunun mütəxəssislərinin və dinləyicilərin iştirakı ilə kursu bitirənlərə sertifikatlar təqdim olunub.

Mərasimdə çıxış edənlər bu cür kursların qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, təlim qrupunun mütəxəssislərinin iştirakı ilə keçirilən kursda hərbi qulluqçulara Sülhə Dəstək Əməliyyatları, BMT-nin kodeksinə uyğun davranış qaydaları və silahla münaqişə hüququ, eləcə də digər mövzular üzrə praktiki təlimlər keçirilib .

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər