Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsində “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Aviasiya dəstəsinin rəisi general-mayor Əşraf Qasımov və dəstənin şəxsi heyətinin iştirakı ilə ağacəkmə aksiyası aviabazanın ərazisində təşkil olunub.
Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman xüsusi əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.
Aksiyada müxtəlif növdə 600-dən çox ağac əkilib.