Ötən həftə evə buraxılan Xalq artisti Mehriban Zəki sosial şəbəkədə fotosunu paylaşıb.
Teleqraf.com xəbər verir ki, bu, aktrisanın keçirdiyi ağır avtomobil qəzasından sonrakı ilk fotosudur.
Sənətçi fotoya "Anlamayana qədər heç bir emosiyanı yaşaya bilməzsən" qeydini yazıb.
Xatırladaq ki, martın 22-si Abşeron rayonu Saray qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarət alıb.