Bu il ərzində Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin “141” qaynar xəttinə 33447 zəng daxil olub.
Publika.az-ın məlumatına görə, bu barədə NİİM-in 2014-cü ilə həsr olunmuş hesabatında qeyd edilib.
Aidiyyəti zənglərin 30% şikayətlər, 69% məlumat xarakterli sorğular, 1% isə təkliflər təşkil edib.
Təklif xarakterli zənglər Mərkəzin aidiyyəti şöbəsi tərəfindən araşdırılır və gələcəkdə onların həyata keçirilməsinin mümkünlüyü müzakirə olunur. Bundan başqa irad xarakterli sorğular nəzərə alınaraq, müzakirə olunur və onlar üzərində işlərə başlanılır. Mərkəzin fəaliyyətinə aid olmayan zənglər, şikayət və sorğular isə aidiyyatı orqanlara yönləndirilir.
2012-ci ilin avqust ayından etibarən NİİM sosial şəbəkələrdə (twitter və Facebook) rəsmi Facebookdakı səhifənin daimi izləyiciləri 2013-cü ildə 15000 nəfər təşkil edirdisə, 2014-cü ildə isə 30357 nəfər təşkil edib. NİİM-in sosial şəbəkələrdəki səhifələrində yollarla bağlı son vəziyyət istifadəçilərə çatdırılır, vətəndaşların şikayət və təklifləri operativ cavablandırılır.