"Ötən gün Mehman Xəlilov adlı məşqçinin uşaqlara qarşı qəddar davranışını əks etdirən görüntülər yayıldı. Bu, çox ciddi məsələdir. Hesab edirəm iki, Gənclər və İdman Nazirliyi, Olimpiya Komitəsi təcili müzakirələrə başlamalı və idman zallarında bu cür halların yaşanmasının qarşısı alınmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Kamal Cəfərov deyib.
Deputat əlavə edib ki, idman zallarına kameraların qoyulması vacibdir:
“İdman zallarına aidiyyəti qurumlar nəzarəti artırmalıdır”.