3 May 2023 17:56
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı Təşkilar Komitəsinin iclasında iştirak edib.

Federasiyadan Teleqraf.com-a verilən məlumata görə, Təşkilat Komitəsinin sədri olan K. Heydərov çıxışında mötəbər yarışın Azərbaycana həvalə edilməsindən qürur hissi duyduğunu bildirib.

Daha sonra qarşıda duran məsələlər, yarış çərçivəsində baş tutacaq tədbirlər müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən, yubiley tədbiri Bakıda qeyd olunacaq və paytaxta 3 000-dək qonağın gəlişi gözlənilir.

Qeyd edək ki, dünya çempionatı 29 may – 4 iyun tarixlərində keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər