4 Yanvar 2015 08:54
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonu coğrafi quruluşuna görə təkcə yay aylarında deyil, qış mövsümündə də turistləri özünə cəlb edir. Rayonun təbii gözəlliyi, dağları, meşələri, çayları, eləcə də qədim abidələri buraya gələn turistlərin istirahətdən zövq almalarına imkan verir.

Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətova AzərTAc-a müsahibəsində deyib ki, Göygöldə xarici və yerli turistlərin mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Onların rayonun görməli yerləri, tarixi abidələri ilə daha yaxından tanış olmaları üçün 5 turizm marşrutu müəyyənləşdirilib. Həmin marşrutlar üçün təcrübəli və xüsusi ixtisas keçmiş bələdçilər seçilib.

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hər il rayona gələn turistlərin sayında artım qeydə alınır. Əgər 2013-cü ildə Göygölə 18 min turist gəlmişdisə, 2014-cü ildə onların sayı 20 min nəfərdən çox olub. Turistlərin 30 faizini xarici vətəndaşlar təşkil edib.


Müəllif:

Oxşar xəbərlər