9 May 2023 22:55
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 9-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, üç nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 588 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 156 nəfər müalicə olunaraq sağalıb, 10 260 nəfər vəfat edib, aktiv xəstə sayı 172 nəfərdir.

Bundan başqa son sutkada koronavirus (COVID-19) əleyhinə 213 vaksin vurulub. Vurulan vaksinlərin ümumi sayı 13 962 792 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər