12 May 2023 11:25
274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi bloggerlər, partiyalar, təşkilatlar Prezidentin əfv sərəncamına kölgə salmağa çalışır. AXC-Müsavat və Milli Şura kimi təşkilatlar 3-4 toyuq oğrusunun əfvə düşməməsinə görə hay-küy salır.

Teleqraf.com xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, rüşvətə görə həbs olunanlar bu gün azadlığa çıxıb əfv sərəncamına kölgə salırlar: "Onların niyyətini biz yaxşı bilirik. Amma buna baxmayaraq atılan bu humanist addım yüksək diqqətə və qiymətə layiqdir".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər