5 Yanvar 2015 11:32
1 967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən Sabirabad “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İnformasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, 5 yanvar 2014-cü il tarixindən etibarən Dövlət Agentliyinin tabeliyində olan Sabirabad “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Sabirabad “ASAN xidmət” mərkəzi Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Şirvan, Salyan və Beyləqan rayonlarında qeydiyyatda olan və ümumi sayı 900 000-ə yaxın vətəndaşa xidmət göstərir.

Hazırda 7 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 3-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə və Sabirabad şəhərlərində yerləşir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə etmək olar.

Qeyd edək ki, ötən il dekabrın 16-da Prezident İlham Əliyevin iştirakı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sabirabad regional “ASAN xidmət” mərkəzinin açılışı olub.


Müəllif:

Oxşar xəbərlər