20 May 2023 18:45
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aksiya daha sonra yürüşlə davam edib.

Aksiyada azərbaycanlılar, türkiyəlilər, Qaşqay türkləri iştirak ediblər. Onlar "Azadlıq, Ədalət, Milli Hökumət” şüarını səsləndiriblər.

***

Almaniyanın paytaxtı Berlində 2006-cı ildə İranda baş verən 22 may (1 Xordad) hadisələrinin növbəti ildönümü ilə əlaqədar etiraz aksiyası başlayıb.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, etirazçılar əllərində müxtəlif şüarlar, Azərbaycan və Güney Azərbaycanın bayraqları Berlinin "Unter Der Linden" meydanına gəlirlər.

"Unter Der Linden" meydanında toplaşan etirazçılar əllərində müxtəlif şüarlar, Azərbaycan və Güney Azərbaycanın bayraqlarını tutublar.

Aksiyada azərbaycanlılar, türkiyəlilər, Qaşqay türkləri iştirak edirlər. İrandan didərgin salınan və dünyanın müxtəlif ölkələrində məskunlaşmış Güney Azərbaycandan olan soydaşlarımız xüsusi fəallıqları ilə seçilirlər.

Onlar "Azadlıq, Ədalət, Milli Hökumət” şüarını səsləndirirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər