25 May 2023 16:34
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Dadaş İmanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs son söz üçün məhkəmədən vaxt istəyib.

Növbəti məhkəmə prosesi iyunun 2-dək təxirə salınıb.

Qeyd edək ki, prokuror İ.Süleymanova 20 il cəza verilməsini istəyib.

***

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Teleqraf.com xəbər verir ki, hakim Dadaş İmanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin vəkilləri ötən gün başladıqları müdafiə çıxışlarını davam etdirəcəklər.

Eyni zamanda prosesdə İ.Süleymanovun son söz deyəcəyi və hökm oxunacağı gözlənilir.

Proses zamanı məhkəmə binası önündə gərginlik yaşanıb.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər