9 İyun 2023 13:28
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankına (AMB) iqtisadi müstəqilliyin verilməsi təklif edilir.

Teleqraf.com xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Mərkəzi Bank haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Sənədə əsasən, AMB iqtisadi müstəqilliyə malikdir və aktivlərinin satışından və yaxud onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. Bu Qanunda nəzərdə tutulmuş hal istisna olmaqla, AMB dövlətin öhdəlikləri, dövlət isə AMB-nin öhdəlikləri üçün cavabdeh deyil.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər