16 İyun 2023 16:32
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk qadın minatəmizləmə qrupları üçün təlimlərə başlanılıb

Teleqraf.com xəbər verir ki, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Minalar üzrə Məsləhət Qrupu ilə tərəfdaşlıqla həyata keçirdiyi “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” Layihəsi çərçivəsində Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasına başlanılıb.

İyunun 16-da ilk qrupların formalaşdırılması üçün təlimlərə start verilib. Təlimlər Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər Regional Peşə Təlim Mərkəzində keçirilir. Təlimlərdə elan edilmiş müsabiqə əsasında ölkənin müxtəlif bölgələrindən seçilmiş 40 nəfər qadın iştirak edir.

Təlimlər 6 həftə davam edəcək. Təlimləri uğurla başa vuran qadınlar ANAMA tərəfindən akkreditasiya ediləcək və sahə əməliyyatlarına başlamaq üçün Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun sertifikatla təltif olunacaqlar. “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” Layihəsi çərçivəsində 2 minatəmizləmə qadın qrupunun yaradılması nəzərdə tutulub.

Açılış tədbirində təlim iştirakçılarını ANAMA, Aİ, BMTİP nümayəndələri salamlayaraq, Azərbaycanda mövcud mina təhlükəsi, minalardan təmizləmə üzrə görülən işlər, Aİ tərəfindən maliyyələşdirilən, BMTİP tərəfindən icra olunan layihənin komponentləri barədə məlumat verib. Mina təhlükəsi ilə mübarizədə cinsi mənsubiyyətin heç bir əhəmiyyəti olmadığı, öz doğma yurdlarına qayıdan köçkünlər arasında mina təhlükəsi ilə qadınların hətta daha çox üzləşdiyi, onların məlumatlılığının artırılmasının vacibliyi bildirilib.

Tədbir zamanı minatəmizləmə fəaliyyəti üçün yeni alınmış siçovullar və itlər də nümayiş olunub.

Əlaqə üçün məlumat:

Afət Yaqubova, BMTİP-nin Azərbaycan ofisi, Kommunikasiya üzrə məsləhətçi – [email protected]

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri [email protected]

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər