“Palmali Holdinq”in prezidenti Mübariz Mənsimov mərhum atasının sabah Bakıda baş tutacaq dəfn mərasimində iştirak edə bilməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin mətbuat katibi Fidan Quliyeva sosial mediada məlumat yayıb.
Onun sözlərinə görə, 2021-ci ildə məhkəmənin şərti cəza müddətində azərbaycanlı iş adamının Türkiyəni tərk etməməyi ilə bağlı qərarı hələ də qüvvədədir.
Qeyd edək ki, Mübariz Mənsimovun atası bu gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.
Xatırladaq ki, FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən Mübariz Mənsimovun 2021-ci ilin martında məhkəməsi baş tutmuş, 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı.