1 İyul 2023 19:56
1 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyev seldən zərər görən sakinlərlə görüşmək üçün avtomobilin hərəkət edə bilmədiyi əraziyə atla gedib.

Teleqraf.com xəbər verir ki, güclü sel suları və ərazidəki çayların məcrasından çıxması rayonun Çovdar, Alaxançallı, Qaraqullar, Təzəkənd, Xoşbulaq, Əmirvar, Quşçu, Bayan, Dəstəfur, Gurbulaq, Tapan, Pirverdilər kəndlərində və Alunitdağ qəsəbəsində yollara, elektrik transformatorlarına, rabitə, qaz xətlərinə, fərdi yaşayış evlərinə, əkin sahələrinə, heyvandarlıq və arıçılıq təsərrüfatlara ciddi ziyan vurmuş, dağıntılar əmələ gətirib.

Ə.Abıyev kənd sakinlərilə görüşərək onların problemlərilə maraqlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər