9 Yanvar 2015 11:35
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının professoru, texniki elmlər doktoru Fuad Vəliyev Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü seçilib.

BANM-ın ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Fuad Vəliyev elm və texnologiya sahəsindəki xidmətlərinə, uğurlu və uzunmüddətli fəaliyyətinə görə bu assosiasiyanın üzvlük sertifikatına layiq görülüb.

Qeyd edək ki, professor Fuad Vəliyev 1993-1997, 2002-ci illərdə Türkiyə və ABŞ Universitetlərində və Elmi Mərkəzlərində dəvətli professor kimi çalışıb. 2014-cü ilin yanvar ayından Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professorudur. Bununla yanaşı, o, 120 elmi əsərin və monoqrafiyaların müəllifidir. Eyni zamanda, professor Fuad Vəliyev 20 patentin sahibidir.


Müəllif:

Oxşar xəbərlər