31 İyul 2023 17:21
426
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarif (Qiymət) Şurası dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, qərara əsasən, dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətləri və onların qüvvəyə minmə tarixləri təsdiq edilib.
Həmin əlavə qiymətləri tənzimlənmiş dərman vasitələri üzrə onların ticarət adını, təsiredici maddəsinin adını, dozasını, farmasevtik formasını, ticarət qablaşdırmasını, qablaşdırma miqdarını, istehsal ölkəsini, istehsalçı şirkətini, aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətini və qüvvəyə minmə tarixini əks etdirən icmal siyahıdır.
Bu Qərar bu gündən qüvvəyə minir.

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər