Sürət Hüseynov Gəncə şəhər İsmət Qayıbov küçəsindəki yaşadığı evindən götürüləcək.
Teleqraf.com xəbər verir ki, artıq mərasim üçün mağar qurulub.
Surət Hüseynov Gəncə şəhər 4 saylı şəhər qəbiristanlığında valideynlərin yanında dəfn olunacaq
***
31.07.2023. 22:38
Sabiq baş nazir Surət Hüseynov sabah Gəncədə dəfn olunacaq.
Teleqraf.com xəbər verir ki, onun nəşi sabah Azərbaycana gətiriləcək.
Sabiq baş nazir 4 saylı qəbiristanlıqda ata və anasının məzarı yanında torpağa tapşırılacaq. Xatırladaq ki, bu gün 64 yaşlı Surət Hüseynov İstanbuldan Moldovaya gedərkən səhhətindəki problemlə bağlı vəziyyəti ağırlaşmışdı.
S.Hüseynov 1959-cu ildə Gəncə şəhərində anadan olub.