İstehlaka yararsız kolbasa məhsulları məhv edilib.
Teleraf.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, “Hicaz 313” MMC-nin istehlaka yararsız qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında 2 adda, ümumi çəkisi 3,9 ton kolbasa məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.