11 Yanvar 2015 22:51
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kimsə müraciətində götürüb ümumi şəkildə nəsə yazırsa, belə müraciətlərə məhəl qoymağa ehtiyac yoxdur, şikayətlər konkret faktlara əsaslanmalıdır”.

Teleqraf.com-un məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov söyləyib.

M. Pənahov deyib ki, Avropada insanlar seçki prinsiplərini özlərinin standartlarına çeviriblər, onlar seçki məntəqəsində seçkinin nəticəsinə təsir göstərməyəcək hər hansı hərəkətə diqqət yetirmirlər: “Biz də bununla bağlı maarifləndirmə işi aparmalıyıq”

M. Pənahov bildirib ki, aşağı seçki komissiyasının üzvlərini də bununla bağlı maarifləndirilməli, onlara diqqət etməli olduqları nüanslar daha dəqiq öyrədilməlidir.

Seçki komissiyalarının üzvlərinin, müşahidəçilərin, seçicilərin səsvermə prosesində məsuliyyətli olmasını zəruri sayan MSK sədri onu da vurğulayıb ki, müəyyən yerlərdə seçkilərə kölgə salmaq halları hiss olunub.
/APA/


Müəllif:

Oxşar xəbərlər