İsti hava şəraiti ilə əlaqədar vətəndaşların istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq polis əməkdaşlarının fasiləsiz xidməti davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı məqsədilə polis əməkdaşları tərəfindən xidmət təşkil olunub. Respublikanın bütün turizm zonalarına — su hövzələrinə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla naryad qrupları ərazilərə təhkim olunub.
Köməyə ehtiyacı olan şəxslərə çağırışlar üzrə operativ köməkliklər göstərilir.