10 Sentyabr 2023 17:44
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın düşünülmüş hərəkətlərinin açıq şəkildə pislənməsini gözləyirik.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Ağdamda erməni silahlı birləşmələrinin diversiya qrupunun yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.

2020-ci ildə müharibənin başa çatmasından bu günə kimi 306 azərbaycanlı mina və partlamamış hərbi sursatların qurbanı olub.

Biz bu cür düşünülmüş hərəkətlərin açıq şəkildə pislənməsini gözləyirik", - XİN rəsmisi qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər