17 Sentyabr 2023 15:12
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma erməni əsirləri mövzusunda ölkəmizə qarşı haqsız davranışlar, hətta qəbul olunmuş qətnamələrin şahidi olduq.

Teleqraf.com xəbər verir ki, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.

"Amma təəssüf ki, sadaladığımız bu faktlara rəğmən, Ermənistanın addımları pislənilməyib, onlara qarşı hər hansısa addımlar atılmayıb. Məsələn, Qriqoryan adlı general var, o, açıq şəkildə etiraf edib ki, evində azərbaycanlı əsiri bir ilə yaxın kölə kimi saxlayıb. Amma, dediyimiz kimi, bunların heç biri qınanılmır.

Bir məsələni də vurğulamaq istərdim ki, Azərbaycan tərəfi itkin düşmüş şəxslər məsələsinə sırf humanitar və insan hüquqları prizması tərəfindən yanaşır. Biz bu məsələni heç vaxt siyasiləşdirməmişik. Hətta 10-20 il əvvəl müxtəlif təmaslar zamanı Ermənistan, o cümlədən beynəlxaq təşkilatlara, dövlətlərə bildirmişik ki, itkin düşmüş şəxslərin taleyinin müəyyən etmək üçün münaqişənin sona çatmasını gözləmək lazım deyil", - sektor müdiri bildirib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər