17 Sentyabr 2023 17:10
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi tərəfindən 17 sentyabr 2023-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.

Bu barədə Teleqraf.com-a DİM-dən bildirilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 6 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 6 ümumi imtahan rəhbəri, 16 imtahan rəhbəri, 103 nəzarətçi‑müəllim, 15 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 3 həftə ərzində ərzində elan olunacaq.

Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) oktyabrın 8-də keçiriləcək və imtahanda iştirak etmək üçün qeydiyyat sentyabrın 27-dək davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər