5 Avqust 2023 17:01
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqəmsal İnkişaf İctimai Birliyi partnyor təşkilatlarla (“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi) birlikdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 03.08.2023 cü il tarixdə " Qazilərə sosial-psixoloji yardım tədbirlərinin həyata keçirilməsi "layihəsinin icrası çərçivəsində Beyləqan rayonunda Qazilərə sosial-psixoloji yardımla bağlı seminar keçirib.

Görüşdə mövcud qanunvericilik və qazilərin hüquqları, müharibədə iştirak edən şəxslərdə müşahidə olunan psixoloji problemlər, bundan xilas yolu, mövcud sosial problemlər və həlli yolları seminarın mövzusu olmuşdur. Görüş zamanı qazilərim sualları ekspertlər tərəfindən cavablandırılıb.

Tədbirdə Könül Ağayeva – Rəqəmsal İnkişaf İctimai Birliyinin sədri, Calal Əmənov- “Tərəqqi” STİB-nin sədri- proqram köməkçisi, İradə Nəsirova –Psixoloq, Sərraf Feyzullayev – hüquqşunas, Sədrəddin Əliyev – ekspert qismində iştirak ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər