6 Oktyabr 2023 21:42
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıların həyatına son qoymaqda davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" (tvitter) sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, bu gün Tərtərdə mina partlaması nəticəsində daha bir azərbaycanlı mülki şəxs həlak olub.

"44 günlük müharibənin bitməsindən sonra mina qurbanlarının sayı 330-a çatıb. Beynəlxalq ictimaiyyət Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir", - deyə qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər