Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri, Səbail rayon 189-190 nömrəli, Nizami rayon 129 nömrəli və Yuri Kovalyov adına 229 nömrəli, Xəzər rayon 26 nömrəli, Nəsimi rayon 164 nömrəli və Qaradağ rayon neftçi Qurban adına 288 nömrəli tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron Rayon Mərkəzi Xəstəxanasında və Xızı rayonu, Fındığan kənd tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Tovuz regional “ASAN xidmət” Mərkəzində, Aran Regional Mərkəzi tərəfindən Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qobustan rayon Ş.Şikarov adına Sündü kənd tam orta məktəbində, FHN-nin Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə şəhər 5 nömrəli tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonu, Xuray kənd tam orta məktəbində və Cənub Regional Mərkəzi tərəfindən Masallı şəhər N.Nərimanov adına 2 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.