17 Oktyabr 2023 09:14
296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Binəqədi rayonunun bəzi qəsəbələrində qaz olmayacaq.

Bu barədə Teleqraf.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Xırdalan” Qaz Paylayıcı Stansiyasında (QPS) “BMSK (Xırdalan QRS)” ölçü qovşağı üzərində quraşdırılmış əhali kollektorunda görüləcək təmir işləri ilə bağlı adıçəkilən kollektordan oktyabrın 17-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Müəllif: Teleqraf.com