19 Yanvar 2015 11:32
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə üzrə əmək pensiyaçılarının sayı 2014-cü ilin əvvəlinə 1277,1 min nəfər olub və ilkin məlumatlara əsasən yanvar-dekabr aylarında 13 min nəfər və ya 1 faiz artaraq (o cümlədən yaşa görə 8 min nəfər azalıb, ailə başçısını itirməyə görə 4,3 min nəfər, əlilliyə görə 16,7 min nəfər artıb) 1 yanvar 2015-ci il tarixinə 1 290,1 min nəfər təşkil edib.

Bu barədə Teleqraf.com-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Belə ki, 2015-ci ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 173,4 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 192,3 manat təşkil edib.

Əmək pensiyası-“Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortasına cəlb olunan sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının üç növü vardır - yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər