19 Yanvar 2015 12:54
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Günündə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah səhər Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Sabah gündüz saatlarında havanın buludlu olacağı, arabir açılacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gündüz 7-11 dərəcə isti olacaq.

Axşam dəyişkən buludlu, yağmursuz olacağı, bəzi yerlərdə zəif duman müşahidə ediləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu 4 dərəyədək isti olacaq.

Yanvarın 20-də Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Qeyd edək ki, yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.


Müəllif: