18 Noyabr 2023 13:17
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim cənub-şərq küləyi səhər arabir güclənəcək.

Bu barədə Teleqraf.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu gecə 8-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər